Almaniyanın xüsusi xidmət orqanları Berlində yerləşən Rusiya səfirliyi üzərində müşahidəni gücləndirib.
Referans MEDİA xəbər xerir ki, bu barədə Bild qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, son günlər səfirliyin ərazisi üzərində xüsusi xidmət orqanlarına məxsus olduğu ehtimal edilən helikopterlər mütəmadi uçuşlar həyata keçirir. Həmçinin xüsusi xidmət orqanlarına aid olduğu güman edilən mikroavtobuslar bir neçə gündür səfirliyin yaxınlığında dayanır.
Nəşrin yazdığına görə, bu addımların məqsədi Rusiya səfirliyinin əməkdaşlarına psixoloji təzyiq göstərməkdir.
Bild-in məlumatına əsasən, Almaniya hakimiyyəti Almaniya vizası olan rusiyalı iş adamları və onların ailə üzvlərinə nəzarəti də gücləndirməyi planlaşdırır.
Bildirilir ki, onlar ölkəyə giriş zamanı sərhəd-keçid məntəqələrində səfərlərinin məqsədi və Almaniyada həyata keçirəcəkləri fəaliyyətlə bağlı daha ətraflı və sərt suallarla üzləşə bilərlər.
