Ağ Evdə Zelenski ilə Tramp arasında görüş oldu – VİDEO/YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski təxminən 1 saat davam edən görüşün ardından Ağ Evi tərk edib. 

Referans Media “Reuters“ə istinadla xəbər verir ki, görüşün təfərrüatları barədə hələ ki məlumat verilməyib./Globalinfo.az

***

ABŞ Prezidenti Donald Trampın ukraynalı həkarı Volodimir Zelenski ilə Ağ Evdə görüşü başlayıb.

Referans Media xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Telekanalın məlumatına görə, liderlər Kiyevə hərbi dəstək məsələsini müzakirə edəcəklər. Ağ Evdəki danışıqlardan sonra Zelenski senatorlarla görüşmək üçün Kapitoliyə gedəcək.

Ukrayna Prezidentinin ABŞ-yə səfəri senator Lindsi Qrem ilə vidalaşma mərasimində iştirak etməsi ilə bağlıdır.

Birləşmiş Ştatlara gəldikdən sonra Zelenski bəyan edib ki, ABŞ-a səfəri zamanı Ukraynanın əsas prioritetləri antiballistika və Vaşinqtonla strateji əməkdaşlıqdır.

"Reuters" agentliyi yazıb ki, Zelenski və Tramp görüş zamanı havada atəşkəslə bağlı hər hansısa təklifi müzakirə edə bilərlər. Güman edilir ki, bu təşəbbüs hərbi əməliyyatların dayandırılmasına yönəlmiş yeni danışıqlar raundu çərçivəsində Rusiya tərəfinə təqdim olunacaq.

Lakin Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hava atəşkəsi ilə bağlı xəbərlər KİV-in uydurmasından başqa bir şey deyil və bu mövzu ilə bağlı heç bir konkreklik yoxdur.//Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki