Azərbaycanın daha bir yunan-Roma güləşçisi Orxan Həbibli Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal qazanıb.
Referans Media xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan idmançı üçüncü yer uğrunda qarşılaşmada hindistanlı Kunal Daqara qalib gələrək yığmanın aktivinə növbəti bürünc medalı qazandırıb.
Daha əvvəl təmsilçilərimizdən Ömər Salmanov (48 kq) mundialda üçüncü yeri tutub.
