2026 FIFA Dünya Kubokunun K qrupunda Portuqaliya ilə Konqo Demokratik Respublikası arasında keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Referans Media xəbər verir ki, oyuna sürətli başlayan Portuqaliya erkən qolla hesabda önə keçsə də, rəqib komanda ilk hissənin sonlarında tarazlığı bərpa etməyi bacarıb. İkinci hissədə tərəflər qələbə qolu vura bilməyib və komandalar meydandan bir xalla ayrılıb.
Qarşılaşmadan sonra diqqət çəkən məqamlardan biri tribunaların reaksiyası olub. Stadionda olan bəzi azarkeşlər Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldoya ünvanlanan şüarlarla gündəmə gəlib.
Matç ərzində gözlənilən təsiri göstərə bilmədiyi qeyd olunan Ronaldonun performansı da sosial şəbəkələrdə geniş müzakirə olunub.
Digər tərəfdən, Konqo Demokratik Respublikası yığması əldə etdiyi nəticə ilə Dünya Kubokları tarixində ilk xalını qazanaraq yadda qalan nəticəyə imza atıb.
Bu nəticə qrup mərhələsinin ilk turunda turnuvanın diqqət çəkən sürprizlərindən biri kimi qiymətləndirilir.
