"Qalatasaray" qərarını verdi: Nelssonun gedişi üçün 10 milyon avro tələb olunur

Yeni mövsüm öncəsi heyət planlamasını davam etdirən "Qalatasaray"da ayrılması gözlənilən futbolçular sırasında danimarkalı müdafiəçi Viktor Nelsonun adı ön plana çıxıb.

Referans Media xəbər verir ki, təcrübəli futbolçuya ən ciddi maraq göstərən klublardan biri isə İngiltərə Premyer Liqasına yüksələn "Hall Siti"dir.

Klubun sahibi Acun Ilıcalının transfer üçün israrlı olduğu bildirilir. İngilis təmsilçisinin bir müddətdir izlədiyi 27 yaşlı mərkəz müdafiəçisi üçün Qalatasaray rəhbərliyi ilə danışıqları davam etdirdiyi qeyd olunur.

Məlumata görə, sarı-qırmızılı klub Viktor Nelsonun transfer hüquqları üçün 10 milyon avro tələb edir. "Hall Siti"nin ilk təklifinin isə təxminən 4 milyon avro olduğu iddia edilir.

Tərəflər arasında qiymət fərqi olsa da, danışıqların müsbət istiqamətdə davam etdiyi və yaxın günlərdə prosesin sürətlənə biləcəyi bildirilir.

Digər tərəfdən, gələn mövsüm əsas heyətdə daha çox oynamaq istəyən Victor Nelssonun da yeni layihəyə isti yanaşdığı vurğulanır. Futbolçunun gələcəyi ilə bağlı yekun qərarın yaxın zamanda veriləcəyi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki