Lionel Messi Dünya Kubokunda Argentina millisinin heyətində qol vurduqdan sonra göz yaşlarına boğulub.
Referans Media xəbər verir ki, oyundan sonra ulduz hücumçu göz yaşlarının idmanla əlaqəli olmadığını iddia etdi. Lakin Messi ətraflı məlumat verməkdən imtina edib.
“The Touchline” qəzetinin jurnalist Eduardo Feinmanna istinadən verdiyi məlumata görə, Messinin emosiyaları atasına yönəlib. Xorxe Messinin səhhətində ciddi problemləri var və vəziyyəti bu həftə daha da pisləşib.
Xatırladaq ki, Argentina Əlcəzairi 3-0 hesabı ilə məğlub edib.
