Amerika Birləşmiş Ştatları (ABŞ) sahillərinə mövsümün ilk tropik fırtınası yaxınlaşır.
Referans Media xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.
Bildirilib ki, “Arthur” tropik fırtınası ABŞ-ın cənubunda Texas ştatının orta sahillərində formalaşıb.
Cümə günü Luiziana, Missisipi, Alabama, Corciya, Florida və Texas ştatlarında həyati təhlükə törədə biləcək güclü daşqınlar gözlənilir.
Prosesin həftənin sonuna kimi davam edəcəyi ehtimal olunur../Publika.az
