Türkiyənin Avropada mübarizə aparacaq 4 təmsilçisinin UEFA üçün təqdim etdiyi heyətlər açıqlanıb. Çempionlar Liqasında mübarizə aparacaq "Fənərbaxça" və "Qalatasaray", Avropa Liqasında çıxış edəcək "Beşiktaş" və Konfrans Liqasında yer alan "Trabzonspor"un siyahılarında diqqətçəkən məqamlar olub.
Referans Media xəbər verir ki, "Fənərbaxça"nın UEFA siyahısında zədəli futbolçular Jayden Ostervolde və Mert Hakan Yandaş yer almayıb. Komandadan ayrılması gözlənilən Çağlar Söyüncü və Rodriqo Bekao da siyahıya daxil edilməyib. Yeni transfer Oqnjen Mimovic isə heyətdə yer alıb.
"Fənərbaxça"nın UEFA heyəti belədir:
Qapıçılar: Tarık Çətin, Ederson, Mert Günok
Müdafiəçilər: Yiğit Efe Demir, Nathan Ake, Mert Müldür, Kojo Peprah Oppong, Nelson Semedo, Milan Skriniar, Ognjen Mimovic, Archie Brown, Levent Mercan
Yarımmüdafiəçilər: İsmail Yüksək, Matteo Guendouzi, İrfan Can Kahveci, Bartuğ Elmaz, Oğuz Aydın, N'Golo Kante
Hücumçular: Kerem Aktürkoğlu, Romelu Lukaku, Marco Asensio, Mason Greenwood, Vedat Muriqi, Dorgeles Nene
Çempionlar Liqasında mübarizə aparacaq "Qalatasaray"ın heyətində də diqqətçəkən dəyişikliklər var. Kaan Ayhan, Arda Ünyay, Kazımcan Karataş, Eyüp Aydın və Can Armando Güner UEFA siyahısına daxil edilməyib.
"Qalatasaray"ın heyəti:
Qapıçılar: Uğurcan Çakır, Günay Güvenç, Jankat Yılmaz, Enes Emre Böyük
Müdafiəçilər: Abdülkerim Bardakçı, Davinson Sanchez, Bitshiabu, Wilfried Singo, Eren Elmalı, Ismail Jakobs, Roland Sallai
Yarımmüdafiəçilər: Aleksey Batrakov, Gabriel Sara, İlkay Gündoğan, Mario Lemina, Lucas Torreira, Renato Nhaga, Lesley Ugochukwu, Yunus Akgün
Hücumçular: Victor Osimhen, Barış Alper Yılmaz, Rafael Leao, Leroy Sane, Deniz Gül
Avropa Liqasında Türkiyəni təmsil edəcək "Beşiktaş"ın UEFA siyahısında isə Milot Raşicanın adı yer almayıb.
Qapıçılar: Alexander Nübel, Doğan Alemdar, Emir Yaşar
Müdafiəçilər: Kassoum Ouattara, Emmanuel Agbadou, Taylan Bulut, Rıdvan Yılmaz, Tiago Djalo, Ümit Akdağ, Emirhan Topçu, Yasin Özcan, Amir Murillo
Yarımmüdafiəçilər: Wilfred Ndidi, Salih Özcan, Kartal Kayra Yılmaz, Orkun Kökçü, Junior Olaitan, Vaclav Cerny, Leandro Trossard, Fabio Miretti, İlhan Fakılı, Ernest Poku
Hücumçular: Dusan Vlahovic, Semih Kılıçsoy, Hyeon-gyu Oh
Konfrans Liqasında mübarizə aparacaq "Trabzonspor" isə yeni transferi Franculino Dju-nu UEFA heyətinə daxil edib.
Qapıçılar: Ahmet Doğan Yıldırım, Andre Onana
Müdafiəçilər: Samet Akaydin, Stefan Savic, Mustafa Eskihellaç, Wagner Pina, Chibuike Nwaiwu, Cenk Özkacar, Arseniy Batagov, Sidny Lopes Cabral
Yarımmüdafiəçilər: Batista Mendy, Fabinho, Ernest Muçi, Benjamin Bouchouari, Ozan Tufan, Ruslan Malinovskyi, Tim Jabol-Folcarelli
Hücumçular: Dju Franculino, Muhammed Salah, Paul Onuachu, Aral Şimşir, Noah Saviolo
Beləliklə, Türkiyənin Avropadakı 4 təmsilçisinin UEFA heyətləri müəyyənləşib. Siyahılarda xüsusilə "Fənərbaxça" və "Qalatasaray"da bəzi tanınmış futbolçuların yer almaması diqqət çəkib.
