Avstraliyada köpəkbalığı hücumunda 1 nəfər ölüb

Avstraliyanın Qərbi Avstraliya ştatının Pert şəhəri yaxınlığında köpəkbalığının hücumuna məruz qalan şəxs həyatını itirib.

Referans Media xəbər verir ki, ABC-nin məlumatına görə, rəsmilər Pert sahillərində bir nəfərin köpəkbalığının hücumuna məruz qaldığını açıqlayıb.

Hücum nəticəsində bir nəfərin öldüyü bildirilib. Hadisə ilə əlaqədar Marmion və Iluka bölgələri arasındakı təxminən 12 kilometrlik sahil xətti sabah günortaya qədər bağlanıb.

Qeyd edək ki, Qərbi Avstraliyada bu həftə iki köpəkbalığı hücumu baş verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki