Pakistan məscidində DƏHŞƏTLİ PATLAYIŞ: Qanlı hücumda çoxlu sayda ölənlər və yaralılar var

Pakistanın şimal-qərbində yerləşən Xeybər-Paxtunxva əyalətinin Kohat şəhərində dəhşətli partlayış baş verib.

Referans Media  xəbər verir ki, dəhşətli terror hücumu nəticəsində azı 7 nəfər həlak olub, 30-dan çox insan isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Qanlı insident birbaşa yerli polis idarəsinin ərazisində yerləşən məsciddə qeydə alınıb. İlkin ehtimallara görə, patlayıcı maddələrlə yüklənmiş avtomobil məscid binasına çırpılıb, dərhal sonra isə ərazidə silahlı yaraqlılarla təhlükəsizlik qüvvələri arasında şiddətli atışma başlayıb. Hücumun dəqiq təfərrüatları və təşkilatçıları araşdırılır.

Bütün yaralılar təcili olaraq xəstəxanalara təxliyə edilib. Hadisə yerində xüsusi xidmət orqanları və xilasetmə briqadaları tərəfindən genişmiqyaslı əməliyyat-axtarış tədbirləri davam etdirilir./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki