Konqo Demokratik Respublikasında Ebola halları 7 404-ə çatıb

Konqo Demokratik Respublikasında (KDR) mayın 15-də elan edilən Ebola epidemiyası nəticəsində təsdiqlənmiş yoluxma hallarının sayı 7 404-ə, ölənlərin sayı isə 3 577-yə yüksəlib.

Referans Media xəbər verir ki, KDR Səhiyyə Nazirliyinin məlumatına görə, epidemiya ölkənin 7 əyalətinin 62 bölgəsində yayılıb. İndiyədək 1 776 xəstə sağalıb.

Son 24 saat ərzində 23 nəfər sağalıb. Epidemiyanın qarşısını almaq məqsədilə bəzi əyalətlərdə peyvəndləmə işləri sürətləndirilib, sərhəd keçid məntəqələrində nəzarət və əhalinin məlumatlandırılması davam etdirilir.

Qeyd edək ki, Ebola virusu ilk dəfə 1976-cı ildə Sudan və KDR-də qeydə alınıb. 2014-2017-ci illərdə Qərbi Afrikada baş verən Ebola epidemiyası zamanı 30 minə yaxın insan virusa yoluxub, 11 mindən çox insan həyatını itirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki