İskəndəryan ETİRAF ETDİ: “Azərbaycanın Zəngəzura hücumu…backend

İskəndəryan ETİRAF ETDİ: “Azərbaycanın Zəngəzura hücumu…

  “Azərbaycanın Sünikə (Zəngəzur -red) hücum ehtimalı o qədər də yüksək deyil”.

Referans xəbər verir ki, bunu politoloq Aleksandr İskəndəryan deyib.

“Belə bir ehtimal olmadığını demirəm. Amma indiki proseslər fonunda bu ehtimal yüksək deyil. Eyni zamanda, hansısa sənəd imzalansa belə, Azərbaycanla heç bir sülh olmayacaq. Baxmayaraq ki, sülh sazişinin imzalanacağına da şübhə edirəm. Amma biz tədricən münaqişənin indiki mövcud mərhələsinə öyrəşirik. Bunu möhlət adlandırmaq olar.”

O, İranın Azərbaycana reaksiya vermək imkanlarının olmadığını da diqqətə çatdırıb.

“İran indiki vəziyyətdə nə edə bilər ki? Ancaq söz yığınından ibarət ittihamlar var. İranın imkanları çox məhduddur. Bu ölkə qlobal izolyasiyaya çox məruz qalıb.”

İskəndəryanın qiymətləndirməsinə görə, İsrail-İran müharibəsi təkcə Yaxın Şərqdəki proseslərə təsir göstərməyib.

“Bu, rəvayətlərdən ibarət bir müharibə idi. Eyni zamanda, burnumuzun dibində tərəflərin əvvəlkindən daha müstəqil şəkildə hərəkət edə biləcəyi yeni Yaxın Şərq modeli var. İsrail Amerikanı özünə faydalı olan vəziyyətə sürükləyə bilər. Bəs sabah İran öz idarəetmə tərzini dəyişsə, nə baş verəcək? Bu, Cənubi Qafqaz üçün yaxşı, yoxsa pis olacaq? Böyük sualdır. Deyə bilərəm ki, İrandakı dəyişikliklər bizə təsir edəcək. Eyni şey Türkiyənin bölgədəki rolunun dəyişməsinə də aiddir. Biz isə yeni Yaxın Şərqin bir parçasıyıq”, – deyə İskəndəryan vurğulayıb.//Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki