Qazaxıstanda Azərbaycan təyyarəsinin vurulması üçün əmri RUSİYA MN VERİB? – Ekspert AÇIQLADI…backend

Qazaxıstanda Azərbaycan təyyarəsinin vurulması üçün əmri RUSİYA MN VERİB? – Ekspert AÇIQLADI…

Ötən
gün sosial şəbəkələrdə Azərbaycan təyyarəsinin Rusiya MN-nin əmri ilə vurulması
barədə səs yazısı və anonim məktub yayımlandı.

Hələ
ki bu məlumatı təsdiq və ya inkar edən rəsmi bir məlumat olmasa da, məhz iki
dövlət arasında gərginliyin hökm sürdüyü bu günlərdə yayılan həmin məlumat cəmiyyətdə
müzakirələrə səbəb olub.

Həqiqətən
də belə bir ehtimal mümkündürmü? Həmin səs yazısının məhz bu günlərdə
yayılmasının xüsusi səbəbi ola bilərmi?

Hərbi
ekspert Səxavət Məmməd Referans
-a açıqlamasında bu sualları cavablandırıb.

“Son
günlər Rusiya və Azərbaycan arasında siyasi grginlik var. Bu siyasi gərginliyin
başlama səbəbi təbii ki, Azərbaycan vətəndaşlarının Rusiya hüquq-mühafizə
orqanları tərəfindən öldürülməsi prosesi oldu. Bundan sonra tərəflər bir-birinə
nota verdilər, Azərbaycan tərfəi adekvat davrandı və s. proseslər baş verdi. Konkret
olaraq görünən budur ki, Azərbaycanla Rusiya arasında siyasi gərginlik var. Bu
gərginlikdən istifadə etmək istəyən qüvvələr də olacaq. Buna görə də yayılan səs
yazısının gerçək olub-olmadığını biz dəqiq bilmərik. Bəlkə də bu səs yazısı
süni intellektlə düzəlib. İndiki mərhələdə elə bir vəziyyət yaranıb ki, təxribatlar,
prosesi alovlandırmaq istəyənlər daha çox olacaq. Həmin səs yazısının gerçək olub-olmamasından
asılı olmayaraq Azərbaycana hər şey aydındır. Azərbaycana məxsus olan təyyarə
Rusiya ərazisində və Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Vurulma nəticəsində insanlar həyatlarını itiriblər”.

Ekspert əlavə olaraq bildirib ki, yayılan səs yazısı qərəzli məqsəd də daşıya bilər. Bu səbəbdən təşviş yaratmamaq, ekspertizanın səbəbini gözləmək daha məqsədəuyğundur. 

“Hesab
edirəm ki, bu səs yazısı gerçək olsa idi, Rəsmi Bakı bunu çoxdan ifşa etmişdi və
bununla bağlı çoxdan tədbirlər görmüşdü. Hazırda süni intellekt elə bir həddə
çatıb ki, siravi insanlar nəyin gerçək, nəyin süni olduğunu anlaya bilmirlər. İndiki
mərhələdə təyyarə qəzası ilə bağlı cinayət işi açılıb və hazırda da davam edir.
Belə bir mərhələdə gərginliyin daha da artmasını istəyəcək qüvvələr olacaq və
bu yöndə atılan addımların sayı düşünürəm ki, çox olacaq”.


Fidan Vəlisoy


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki