Yekaterinburqda daha 2 azərbaycanlı həbs olundu – Yeniləndibackend

Yekaterinburqda daha 2 azərbaycanlı həbs olundu – Yeniləndi

  Yekaterinburqda azərbaycanlılara qarşı yürüdülən zorakılıq siyasəti davam edir.

Referans Teleqraf-a istinadən xəbər verir ki, bu gün Leninski rayon məhkəməsi daha iki azərbaycanlı – Əziz Abbasov və Kamal Səfərov barədə qərar çıxarıb.

Onlar sifarişli qətl törətməkdə təqsirləndirilirlər.

Leninski rayon məhkəməsi onlar barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçilib.

Kamal – Səfərov soyadı altında həbs edilən 5-ci şəxsdir.

***

Rusiyanın Yekaterinburq şəhərinin Lenin Rayon Məhkəməsi Azərbaycan vətəndaşı Əziz Abasov barəsində həbs qətimkan tədbiri seçib.

Referans xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 2025-ci il iyulun 19-dək həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Basqın zamanı iki nəfər öldürülüb, bir neçə nəfər yaralanıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Onlar iyulun 1-də Ağcabədidə dəfn olunublar.

İyunun 28-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayaraq, istintaqın aparılmasını və bu yolverilməz zorakılıq aktının səbəbkarlarının məsuliyyətə cəlb olunmasını tələb edib. Sonra Rusiyanın müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və baş verənlərlə bağlı ona sərt etiraz bildirilib.

 (Report)  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki