“McLaren” komandasının britaniyalı pilotu Lando Norris “Formula-1” üzrə dünya çempionatının 11-ci mərhələsi – Avstriya Qran-prisinin qalibi olub.
Yarış “Red Bull Ring”də keçirilib.
Norrisin komanda yoldaşı, avstraliyalı Oskar Piastri ikinci yeri tutub. “Ferrari”dən Şarl Lekler üçüncü olub.
Qeyd edək ki, iyulun 4-dən 6-dək Böyük Britaniyanın Silverstoun dairəsində yarışın 12-ci mərhələsi keçiriləcək.