Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronun atəşkəsə dair çağırışını rədd edib.
Referans xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” yayıb.
Məlumata görə, Rusiya lideri Ukraynada döyüşlərin dayandırılması ilə bağlı təşəbbüslərə maraq göstərməyib və atəşkəslə bağlı təklifləri qəbul etməyib.
Bildirilib ki, Putin hazırda hərbi əməliyyatları davam etdirmək niyyətindədir və Makronun sülhə dair təklifləri qarşılıq görməyib.
Qeyd edək ki, ötən gün Rusiya lideri ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olmuşdu./Globalinfo.az