Azərbaycan millisi Belarusa yenə uduzdu

  Qadın futbolçulardan ibarət Belarus və Azərbaycan milli komandaları növbəti yoldaşlıq görüşündə üz-üzə gəliblər.Referans xəbər verir ki, Minskdəki “Traktor” stadionunda təşkil olunmuş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0.

Hər iki qol ikinci hissəyə təsadüf edib. 49-cu dəqiqədə Anastasiya Linnik, 66-ci dəqiqədə Anastasiya Şlapakova fərqlənib.

Qeyd edək ki, bu komandalar arasındakı ilk yoldaşlıq görüşündə də Belarus qalib gəlib – 3:0.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki