ABŞ Ukrayna ilə bağlı verdiyi qərarla Avropanı şoka salıb.
Bu barədə öz mənbəsinə istinadən “Bloomberg” agentliyi məlumat yayıb.
Nəşr yazır ki, Avropa rəsmiləri ABŞ-ın Kiyevə yardımı dayandırmaq qərarına məəttəl qalıb
“ABŞ Prezidenti Donald Trampın NATO sammitindəki çıxışından sonra, Avropa liderləri Vaşinqtonun yardımın azaldılması ilə bağlı qərarını kompensasiya etmək üçün yol tapmağa çalışıblar. Bunun fonunda ABŞ-ın yardımları birdəfəlik dayandırması, onları əməlli-başlı şoka salıb”, – nəşrin mənbəsi vurğulayıb./Globalinfo.az