ABŞ-da keçirilən klublararası dünya çempionatında “Benfika” və “Çelsi” komandaları arasında 1/8 final görüşü təxirə salınıb.
Referans xəbər verir ki, buna matçın oynanıldığı Şarlotta şəhərində hava şəraitinin qəflətən pisləşməsi səbəb olub.
Qarşılaşmanın 86-cı dəqiqəsində, hesab 1:0 “Çelsi”nin xeyrinə olarkən, baş hakim Slavko Vinçiç futbolçuları paltardəyişmə otağına göndərib.
Eyni zamanda, tamaşaçıların tribunaları tərk etməsi və ən yaxınlıqdakı sığınacaqda yer almaları barədə elan verilib.
“Benfika” – “Çelsi” matçının hansı müddətə təxirə salınması məlum deyil.
Qeyd edək ki, bu, klublararası dünya çempionatı qasırğa təhlükəsi səbəbindən təxirə salınan 6-cı oyundur.
Bundan öncə qarşılaşmalar 30 dəqiqədən hətta bir neçə saata qədər təxirə salınıb.