Türkiyəli müğənni Melek Mossonun Antalya Açıqhava Səhnəsində verdiyi konsertdəki rəqs performansı gündəmə çevrilib. Sənətçinin səhnədəki enerjili çıxışı sosial şəbəkələrdə geniş müzakirə olunarkən, aparıcı və müğənni Seren Serengildən sərt tənqid gəlib.
Referans Media xəbər verir ki, Seren Serengil Mossonun səhnə hərəkətlərini bəyənmədiyini ifadə edərək diqqətçəkən açıqlama verib.
Serengil Melek Mossonun rəqs performansı ilə bağlı deyib: "Bu hərəkətlər çox ucuz görünür. Bədən quruluşun buna imkan vermirsə, sadəcə mahnı oxu."
Seren Serengilin açıqlamaları qısa zamanda sosial mediada böyük müzakirələrə səbəb olub. Bir qisim istifadəçi onun fikirlərini dəstəkləyərkən, digər istifadəçilər isə sənətçiyə yönələn bu tənqidləri sərt hesab edib.
Melek Mosso Antalya Açıqhava Səhnəsindəki konsertində nümayiş etdirdiyi rəqs və səhnə şousu ilə diqqət çəkmişdi. Onun çıxışı pərəstişkarları tərəfindən böyük maraqla qarşılansa da, bəzi sosial media istifadəçiləri tərəfindən tənqid edilmişdi.
