Qələbə qolunu vurdu, burnu sındı: “Qalatasaray”ın qəhrəmanı əməliyyat olunacaq

“Qalatasaray”ın “Aston Villa” üzərində qələbə qazandığı matçın qəhrəmanı Dəniz Gül ağır zədə alıb. Komandasına qələbə qazandıran qolu vuran futbolçunun burnunda sınıq şübhəsi yaranıb. Onun əməliyyat olunacağı bildirilir.

Referans Media xəbər verir ki, UEFA Çempionlar Liqasında “Aston Villa”nı 1:0 hesabı ilə məğlub edən “Qalatasaray”ın heyətində fərqlənən Dəniz Gül qəhrəmanlığının bədəlini ağır ödəyib. Belə ki, rəqib müdafiəçinin sərt müdaxiləsinə baxmayaraq, başı ilə zərbə endirərək topu qapıdan keçirən futbolçu həmin epizodda üz nahiyəsindən ciddi zədə alıb. Meydanda qan içində qalan Dəniz Gülə tibbi heyət tərəfindən ilkin yardım göstərilib, burnuna sarğı qoyulduqdan sonra isə oyuna davam edib. Lakin futbolçunun burnunda sınıq şübhəsinin olduğu müəyyənləşib.

“Qalatasaray”ın əsas komandasının həkimi Yener İncə bildirib ki, futbolçuya meydanda ilkin tibbi müdaxilə edilib və sınıq ehtimalına görə burnundan əməliyyat olunması nəzərdə tutulur.

Komandanın baş məşqçisi Okan Buruk da matçdan sonra Dəniz Gülün fədakarlığından danışıb: “Dəniz Gül başına, burnuna aldığı zərbədən sonra oyuna davam etdi və meydanda əlindən gələni etdi. Vəziyyətini yoxlayacağıq, bəlkə də burnunda sınıq var. Aldığı zərbəyə baxmayaraq, inanılmaz xarakter nümayiş etdirərək mübarizəsini davam etdirdi”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki