UEFA Çempionlar Liqasında “Aston Villa” ilə qarşılaşan “Qalatasaray”da ard-arda iki zədə qeydə alınıb. İstanbul təmsilçisinin futbolçuları Mario Lemina və Lukas Torreyra zədələndikləri üçün oyunu davam etdirə bilməyiblər.
Referans Media xəbər verir ki, matçın 74-cü dəqiqəsində zədələnən Mario Lemina əvəzlənərək yerini Lesli Uqoçukvoya verib.
Görüşün əlavə dəqiqələrində isə Lukas Torreyra da zədə alıb. Uruqvaylı yarımmüdafiəçi 90+2-ci dəqiqədə meydanı tərk edərək yerini İlkay Gündoğana verib.
Hər iki futbolçunun sağlamlıq vəziyyətinin tibbi müayinələrdən sonra dəqiqləşəcəyi gözlənilir. “Qalatasaray” azarkeşləri komandanın iki əsas yarımmüdafiəçisinin zədələrinin nə dərəcədə ciddi olduğunu öyrənmək üçün klubdan açıqlama gözləyirlər.
