FSB: Ukraynaya göndərilən Qərb silahları Meksika narkokartellərinin əlinə keçir

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Qərb ölkələrinin Ukraynaya göndərdiyi silah və sursatların qanunsuz dövriyyəyə çıxaraq Meksikadakı narkokartellərin əlinə keçdiyini iddia edib.

Referans Media-nın xəbərinə görə, bu barədə FSB-nin qondarma Donetsk Xalq Respublikasındakı idarəsinin yaydığı videomaterialda bildirilib.

Videoda qeyd olunur ki, Ukraynaya göndərilən silahlar sonradan qeyri-qanuni bazara çıxarılır və müxtəlif cinayətkar qruplar tərəfindən əldə edilir.

“Bu silahlar qanunsuz bazara və cinayətkar qruplaşmaların əlinə keçir. Son nümunə isə Ukraynadan göndərilən silahların Meksika narkokartellərinin ixtiyarına keçməsidir”, – deyə videoda bildirilir.

FSB həmçinin bəyan edib ki, Rusiyada silah dövriyyəsinə ciddi nəzarət həyata keçirilir və bu sahədə sərt nəzarət mexanizmləri mövcuddur.

Qeyd edək ki, FSB-nin bu iddiaları ilə bağlı müstəqil mənbələr tərəfindən təsdiqlənmiş sübut təqdim edilməyib və xəbərdə yer alan məlumatlar Rusiya təhlükəsizlik qurumunun açıqlamasına əsaslanır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki