Müəllimlərin geyimi ilə bağlı müəyyən dəyişikliklər olub.
Referans Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, yaxın günlərdə yeni məsələlər açıqlanacaq: "Burada söhbət müəllimlər üçün vahid geyimdən deyil, geyim tələblərindən gedir. Müəllim müəyyən qaydalara riayət etməlidir".
