Çarpayıdan yıxılan 83 yaşlı kişi öldü

Paytaxtın Xəzər rayonunda ahıl kişi çarpayıdan yıxılaraq ölüb.

Referans Media “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 12-si saat 08 radələrində Binə qəsəbəsində baş verib.

1943-cü il təvəllüdlü Alihəsən oğlu Şahmuradov yaşadığı evdə yatdığı çarpayıdan yıxılıb. O, hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki