ƏHALİNİN NƏZƏRİNƏ: Kəskin istilər gəlir

3-9 oktyabr tarixləri arasında Azərbaycan ərazisində havanın temperaturu tədricən yüksələcək.

Referans.az  Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumat beynəlxalq hidrometeoroloji mərkəzlərin proqnozunda yer alıb.

Bildirilib ki, havanın soyumasına səbəb olan Qara dəniz siklonu regionu tərk edir və sabahdan başlayaraq temperatur 8 dərəcəyə qədər yüksələcək.

Hətta oktyabr ayının isti və quru keçəcəyi də qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki