Millimizin Litva ilə oyununa biletlər satışa çıxarıldı

Azərbaycan yığmasının Litvaya qarşı səfərdə keçirəcəyi UEFA Millətlər Liqasının qrup mərhələsinin oyununda dəstəkləmək istəyən azarkeşlər üçün biletlər onlayn şəkildə satışa çıxarılıb.

Referans Media xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

Bildirilib ki, azərbaycanlı tərəfdarlar üçün ayrılmış 228 və 229-cu sektorlara biletlərin qiyməti 14 avrodur.

Qeyd edək ki, sentyabrın 27-də Kaunas şəhərində yerləşən “Dariaus ir Gireno” stadionunda keçiriləcək Litva – Azərbaycan matçı yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00-da) başlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki