Bakıda avtobus həyətin girişində qaldı - VİDEO

Bu gün səhər Yasamal rayonunda 10 nömrəli marşrut avtobusu Müstəqillik küçəsindəki MİDA yaşayış kompleksinin həyətinin girişində sıradan çıxıb.

Referans Media xəbər verir ki, avtobus səhər saat 07:00 radələrində nasazlandığı üçün yolun hərəkət hissəsində ilişib qalıb. Nəticədə kompleksə giriş-çıxışda çətinlik yaranıb.

Ərazidəki sakinlər avtobusun yoldan kənarlaşdırılması üçün cəhd göstərsələr də, buna nail olmayıblar. Az sonra sürücü nəqliyyat vasitəsini işə sala bilib və onu yolun kənarına çəkib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki