TikTok-un ana şirkəti ByteDance-in qurucusu Zhang Yiming 105,5 milyard dollarlıq sərvəti ilə Asiyanın ən varlı şəxsi olub.
Referans Media Bloomberg-in məlumatına görə, Zhang Hindistanlı iş adamı Gautam Adanini geridə qoyub. Şirkətin təxminən 21 faizinə sahib olan Zhangın sərvəti yeni qiymətləndirmələrdən sonra bu ay 12 milyard dollar artıb.
2019-cu ildə 13 milyard dollar sərvəti olan Zhangın varidatı 7 il ərzində təxminən 8 dəfə artıb. Onun sərvətinin artmasında ByteDance-in süni intellektə yatırımları da mühüm rol oynayıb.
