Bakıda GÜCLÜ PARTLAYIŞ – YENİLƏNİBbackend

Bakıda GÜCLÜ PARTLAYIŞ – YENİLƏNİB

Müdafiə Sənayesi Nazirliyi “Alov” Zavodunda partayışın baş verməsinə dair yayılan xəbərlərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, yayılan xəbərlər həqiqətə uyğun deyil, “Alov” Zavodunda hər hansı partlayış, yanğın baş verməyib.  

——————

23:30

Müdafiə Sənayesi Nazirliyinin “Alov” zavodunda partlayış baş verib.

Referans xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb.

Bildirilib ki, partlayış Bakıdakı Kinostudiyanın köhnə pirotexnika sahəsində yerləşən “Alov” zavodunda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti xidmətləri cəlb olunub.

Əraziyə giriş məhdudlaşdırılıb, təhlükəsizlik tədbirləri görülür.

Əlavə məlumat veriləcək.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki