"Bank Respublika"nın 2026-cı ilin ikinci rübü üzrə müştərilərə verilmiş kreditlərin həcmi illik müqayisədə artaraq 1 milyard 701,6 milyon manata çatıb.
Referans Media xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövründə qeydə alınmış 1 milyard 525,7 milyon manat ilə müqayisədə 175 milyon 899,2 min manat və ya 11,53% çoxdur.
Kredit portfelinin strukturunda istehlak kreditləri də artım nümayiş etdirib. Belə ki, istehlak kreditlərinin həcmi ötən ilin ikinci rübündəki 332 milyon 535,5 min manatdan 2026-cı ilin ikinci rübündə 395 milyon 228,3 min manata yüksəlib. Bu, 62 milyon 692,9 min manat və ya 18,85% artım deməkdir.
Daşınmaz əmlak kreditləri də müsbət dinamika göstərib. Bu kreditlərin həcmi 2025-ci ilin ikinci rübündəki 159 milyon 484,2 min manatdan 175 milyon 461,5 min manata yüksələrək 15 milyon 977,2 min manat və ya 10,02% artıb.
Bununla yanaşı, biznes kreditlərinin portfelində azalma qeydə alınıb. Hesabat dövründə biznes kreditləri 1 milyard 33 milyon 704,2 min manatdan 777 milyon 489,1 min manata enib. Nəticədə bu istiqamətdə kredit portfeli 256 milyon 215,1 min manat və ya 24,79% azalıb.
Hesabatda "digər kreditlər" kateqoriyası üzrə 2025-ci ilin ikinci rübündə bu bölmə üzrə heç bir göstərici yer almadığı halda, 2026-cı ilin ikinci rübündə həmin kateqoriya üzrə kreditlərin həcmi 353 milyon 444,2 min manat təşkil edib. /Valyuta.az/
