19 yaşlı cinah müdafiəçisi Alvaro Karreras “Benfika”dan “Real”a keçməyə yaxındır.
Referans xəbər verir ki, bu barədə “OK Diario” məlumat yayıb.
Tərəflər transferlə bağlı razılığa gəlib və bu keçidin məbləği 45 milyon avro təşkil edəcək.
Karreras “Real”ın yetirməsidir. Transfer tezliklə baş tutarsa, ispaniyalı futbolçu Madrid klubunun heyətində klublararası dünya çempionatında iştirak edəcək.