image-besiktasbackend

“Beşiktaş”ın sabiq futbolçusu 40 yaşında öldü

Nigeriya milli komandasının keçmiş hücumçusu Maykl Eneramo 40 yaşında vəfat edib.

Referans Media xəbər verir ki, bu barədə Nigeriya Futbol Federasiyasının rəsmi saytında məlumat verilib.

Enerama Unqvan Yelvada keçirilən yoldaşlıq oyunu zamanı vəfat edib. Məlumata görə, Eneramo ikinci hissənin beşinci dəqiqəsində ürək tutması keçirib.

Maykl Eneramo 2009-cu ildən 2011-ci ilə qədər Nigeriya millisində oynayıb. Klub səviyyəsində hücumçu Tunisin “Esperance”, Səudiyyə Ərəbistanının “Əl-Şəbab”, Türkiyənin “Beşiktaş” və İstanbul Başakşehir klublarında və bir neçə başqa komandada oynayıb. Eneramo milli komandada 10 oyun keçirib və üç qol vurub.//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki