“Qalatasaray”ın ulduz futbolçusu Mauro İkardi Türkiyə Kubokunun 1/4 final mərhələsində “Gençlerbirliyi” ilə oyunda əsas heyətdə meydana çıxsa da, performansından çox fiziki durumu ilə gündəmə gəlib.
Referans Media xəbər verir ki, təcrübəli hücumçunun oyundakı hərəkətləri ilə yanaşı, fiziki forması və artıq çəkisi diqqətdən yayınmayıb. Xüsusilə yaxın plan görüntülərdə onun əvvəlki forması ilə müqayisədə daha ağır görünməsi sosial mediada geniş müzakirələrə səbəb olub.
Sarı-qırmızılı azarkeşlərin bir qismi futbolçuya dəstək versə də, digər hissə onun peşəkarlıq səviyyəsinin aşağı düşdüyünü iddia edərək tənqid edib. Bəzi istifadəçilər Icardinin fiziki durumunu tənqid edərək onun oyuna tam hazır olmadığını vurğulayıb.
Buna baxmayaraq, Mauro İkardi hələ də komandanın əsas hücum güclərindən biri hesab olunur və qarşıdakı oyunlarda onun performansı diqqət mərkəzində olacaq.























