image-hakim-2backend

“Zirə” – “Neftçi” matçında səhv qərar verən hakim ikinci liqaya GÖNDƏRİLDİ

2-ci Liqada 24-cü turun hakim təyinatları açıqlanıb.

Referans Media xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Misli Premyer Liqasının 28-ci turunda “Zirə” – “Neftçi” matçında verdiyi səhv qərarla yadda İnqilab Məmmədov da 2-ci liqa matçına təyinat alıb. Referi matçın son dəqiqələrində meydan sahiblərinin ofsayddan vurduğu qolu qeydə almışdı.

O, “Xankəndi” – “Qaradağ Lökbatan” oyununun baş hakimi olacaq.

Qeyd edək ki, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov “Zirə” – “Neftçi” matçında qonaq komandanın əleyhinə yanlış qərar verildiyini təsdiqləmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki