image-1776880909443314939_1200x630backend

“Sabah” Azərbaycan Kubokunda finala yüksəldi

Futbol üzrə Azərbaycan Kubokunda növbəti finalçı bəlli olub.

Referans Media xəbər verir ki, yarımfinalın ikinci cavab oyununda “Sabah” öz meydanında “Qarabağ”ı qəbul edib. Masazırdakı “Bank Respublika Arena”da keçirilən qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu komandaların ilk duelində qalib müəyyənləşməyib – 2:2.

Bununla da, “Sabah” adını finala yazdırıb və “Zirə”yə rəqib olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki