Türkiyədə ağır qəza: 7 nəfər həyatını itirdi

Türkiyənin Diyarbəkir vilayətinin Lice rayonunda mikroavtobusun aşması nəticəsində 7 nəfər ölüb, 1-i ağır olmaqla 9 nəfər yaralanıb.

Referans Media Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə Lice-Kulp avtomobil yolunun Karahasan məhəlləsi ərazisində baş verib.

Məlumata görə, mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Hadisə yerinə Təcili Tibbi Yardım, yanğınsöndürənlər və jandarma əməkdaşları cəlb olunub. Qəza zamanı ilkin olaraq 2 nəfərin öldüyü bildirilib. Daha sonra xəstəxanaya çatdırılan yaralılardan əvvəl 3, ardınca isə daha 2 nəfər həyatını itirib. Beləliklə, qəza nəticəsində ölənlərin sayı 7-yə yüksəlib.

Hazırda 1-i ağır olmaqla 9 yaralının müalicəsi davam edir.

Məlumata görə, mikroavtobusdakı sərnişinlər Diyarbəkirdən Muşa nişan mərasimində iştirak etmək üçün gedirmiş./Globalinfo.az

6a8026515145f25f8bb2c931visfl51HEFYSGx812OS7eoL3tKnX1iHVZF3jLhkH 1200 1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki