Bir anda faciə yaşandı: 184 qoyun tələf oldu

Türkiyənin Trabzon vilayətinin Maçka rayonunda vəhşi heyvandan qorxan qoyun sürüsü uçurumdan yuvarlanıb. Hadisə nəticəsində 184 qoyun tələf olub, heyvan sahibləri böyük maddi zərərlə üzləşiblər.

Referans Media xəbər verir ki, hadisə Qalyan vadisində baş verib. Məlumata görə, vəhşi heyvandan qorxuya düşən qoyun sürüsü panikaya qapılaraq qaçmağa başlayıb. Qaranlıqda nəzarətsiz hərəkət edən heyvanlar uçurumdan aşağı yuvarlanıblar.

Nəticədə 184 qoyun tələf olub. Hadisə heyvan sahiblərinə ciddi maddi ziyan vurub.

Hadisədən sonra Trabzon Qoyun və Keçi Yetişdiriciləri Birliyinin sədri Taşkın Hamzaoğlu və Birliyin Nəzarət Şurasının sədri Şükür Saraç hadisə yerinə gedərək vəziyyətlə bağlı araşdırma aparıblar.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki