İsraildə siyasi böhran dərinləşir: Etirazçılar Netanyahudan nə tələb edir?

İsraildə parlament seçkilərindən sonra siyasi qeyri-müəyyənlik fonunda Təl-Əviv, Qüds və Hayfada etiraz aksiyaları keçirilib. Təxminən 300 nəfərin qatıldığı aksiyalarda nümayişçilər Baş nazir Benyamin Netanyahunun istefasını və yəhudi-ərəb partiyalarının birgə hökumət qurmasını tələb ediblər.

Referans Media xəbər verir ki, Təl-Əvivdə yolu bağlayan etirazçılara polis müdaxilə edib. Buna baxmayaraq, nümayişçilər bərabərlik, sülh və iki cəmiyyət arasında siyasi əməkdaşlıq çağırışlarını davam etdiriblər.

Oktyabrın 27-də keçirilən seçkilərin ilkin nəticələrinə görə, 120 yerlik parlamentdə Netanyahunun rəhbərlik etdiyi sağ blokun 53, Gadi Eisenkotun rəhbərlik etdiyi müxalifət blokunun 48, ərəb partiyalarının isə 19 mandat qazanacağı gözlənilir. Hökumət qurmaq üçün tələb olunan 61 mandatı heç bir blok təkbaşına əldə edə bilməyib.

Ərəb partiyalarının əvvəlki parlamentdəki 10 mandatını 19-a çatdırması onları koalisiya danışıqlarında mühüm mövqeyə gətirib. Müxalifətin ərəb partiyalarının dəstəyini qazanacağı təqdirdə parlamentdə çoxluq əldə etməsi mümkün olsa da, bu əməkdaşlığa qarşı çıxan siyasi qüvvələr də var.

Müxalifət liderlərindən Yair Golan ərəb siyasi partiyaları ilə əməkdaşlığa çağırıb. Netanyahu isə sağ blokun birliyini qorumağa çalışır.

Seçkilərin yekun nəticələrinin noyabrın 4-də açıqlanacağı gözlənilir. Ölkədə hökumətin hansı siyasi qüvvələr tərəfindən qurulacağı ilə bağlı müzakirələr davam edir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki