Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi

Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə bir sinifdə şagird sayının 52-yə çatdığı iddia olunur.

Referans Media  xəbər verir ki, bu barədə valideyn Arifə Mikayılova sosial şəbəkədə paylaşım edib.


Valideynin sözlərinə görə, qızı 38 şagirdin təhsil aldığı 5-ci sinfə keçib. Sonradan digər siniflərdən şagirdlərin həmin sinfə köçürülməsi nəticəsində onların sayı 52-yə çatıb. Bildirilib ki, bu isə sinifdə ciddi sıxlıq yaradaraq uşaqların normal təhsil almasına mane olur.

Arifə Mikayılova, həmçinin sonuncu dəfə sinfə gətirilən 4 şagirdin elektron sistemdə və sinif jurnalında hələ də başqa sinifdə qeyd olunduğunu iddia edib. Valideynlər məktəb rəhbərliyindən yeni paralel sinfin açılmasını istəsələr də, müraciətlərinin nəticəsiz qaldığını bildiriblər.

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb./Sumqayit24.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki