image-bitkonbackend

Bitkoinlə bağlı BƏD XƏBƏR

Dünyada baş verən müharibə və geosiyasi gərginliklər təkcə siyasi deyil, həm də iqtisadi və maliyyə bazarlarına ciddi təsir göstərir. Xüsusilə son illər investorların diqqət mərkəzində olan kriptovalyutalar belə böhranlardan təsirlənə bilir. Müharibə dövründə investorların təhlükəsiz liman axtarışı, maliyyə sanksiyaları və iqtisadi qeyri-müəyyənliklər bitkoin bazarında qiymət dəyişkənliyini artırıb.

Bəs, müharibələr kriptovalyuta bazarına necə təsir edir?
Referans Media  xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib:

“Kriptovalyutalar çox qəribə şəkildə bu müharibələrdən əks təsir gördü və ucuzlaşdı. Onun kəskin artımı gözlənilirdi amma baş vermədi”.
Natiq Cəfərlinin sözlərinə görə, bu da onunla əlaqədardır ki, Avropa, Amerika və bir çox ölkələrdə kriptovalyutaların kifayət qədər borc və qeyri-qanuni əməliyyatlarda, əsasən də Rusiya və İran tərəfindən istifadə olunduğu bilinir.

“Düşünürəm ki, buna görə də kriptovalyutalara nəzarətin artırılması ilə bağlı qərarlar qəbul olunub. Artıq, o bazara da müəyyən dərəcədə nəzarət edirlər”, — deyə iqtisadçı əlavə edib.
“Valyutaların anonimliyi itdikcə, onun dəyəri də azalır. Son zamanlar kriptovalyutalara ciddi marağın artdığını demək mümkün deyil. Hətta pik nöqtələrdə, məsələn, bitkoinin qiyməti 126-130 min dollara qədər artmışdı. İndi isə 67-68 min dollardır”, — deyə Natiq Cəfərli vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki