Türkiyədə səhər saatlarında qısa fasilə ilə iki zəlzələ qeydə alınıb. Əvvəlcə Afyonkarahisarın Dinar, 18 dəqiqə sonra isə Adananın Kozan rayonunda yeraltı təkanlar baş verib.
Referans Media-nın AFAD-ın məlumatlarına istinadən yaydığı xəbərə görə, ilk zəlzələ saat 03:23-də Afyonkarahisarın Dinar rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 4,1 olub. Yeraltı təkanların ocağı 7,02 kilometr dərinlikdə yerləşib.
İlk zəlzələdən cəmi 18 dəqiqə sonra, saat 03:41-də Adananın Kozan rayonunda da yeraltı təkanlar baş verib. AFAD bu zəlzələnin maqnitudasının 3,8, dərinliyinin isə 10,94 kilometr olduğunu açıqlayıb.
Beləliklə, Türkiyədə səhər saatlarında iki fərqli bölgədə ardıcıl zəlzələ qeydə alınıb.
