Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil

Neftçilər prospektində yerləşən avtobus zolağının işləmə qrafikində dəyişiklik edilib.

Referans Media baku.vs-ə istinadən xəbər verir ki, əvvəllər fasiləsiz olaraq 24 saat fəaliyyət göstərən bu zolağın tətbiq qaydalarına yenidən baxılıb.

Mövcud yeniliyə əsasən, zolaq hər gün yalnız səhər saat 07:00-dan 10:00-dək və axşam 17:00-dan 20:00-dək qüvvədədir.

Göstərilən bu saat aralıqlarından kənar vaxtlarda sürücülərin həmin zolağa daxil olmasına icazə verilir.

Qeyd edək ki, Formula-1 ilə əlaqədar Neftçilər prospektinin ətrafına maneələr düzüldüyündən həmin ərəfədə ümumiyyətlə avtobus zolağı qüvvədə deyildi.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki