"Fənərbağça"da Emre Belözoğlu-nun baş məşqçi təyin olunmasından sonra klub rəhbərliyi futbol strukturunda yeni dəyişikliklər üçün hazırlığa başlayıb.
Referans Media xəbər verir ki, prezident Aziz Yıldırımın təşəbbüsü ilə klubun keçmiş qapıçısı və kapitanı Volkan Demirel yenidən "Fənərbaxça"ya qaytarılır.
Son olaraq "Gənclərbirliyi"ni çalışdıran 45 yaşlı mütəxəssisin klubun futbol strukturunda mühüm rol alacağı gözlənilir.
Məlumata görə, sarı-lacivertlilərdə futbol direktoru Oğuz Çetinlə yolların ayrılması və onun yerinə Volkan Demirelin gətirilməsi planlaşdırılır.
Qeyd edək ki, V. Demirel 2002–2019-cu illərdə "Fənərbaxça"nın formasını geyinib./Offsideplus.az/
