Yüz milyonlarla dollar xərcləyən İlon Maskdan seçkidən sonra diqqətçəkən PAYLAŞIM

ABŞ-da Konqresə keçirilən aralıq seçkilərin ilkin qeyri-rəsmi nəticələri Demokrat Partiyasının hər iki palatada üstünlük əldə etdiyini göstərərkən, Respublikaçılara yüz milyonlarla dollarlıq dəstək verən İlon Maskdan diqqətçəkən açıqlama gəlib.

Referans Media xəbər verir ki, seçki kampaniyalarına böyük məbləğdə maliyyə ayırmasına baxmayaraq yaranmış vəziyyəti yumorla şərh edən Mask özünün sahibi olduğu "X" platformasında paylaşım edib.

“Görünür, seçkilərə müdaxilə edən kosmik lazerlərim bu dəfə işə yaramadı”, – deyə Mask yazıb.

Onun bu ironik paylaşımı Respublikaçı namizədlərə göstərdiyi böyük maliyyə dəstəyindən sonra diqqət çəkib.

Mask seçkilərə yüz milyonlarla dollar ayırıb
Milyarder iş adamının Respublikaçılar Partiyasının kampaniyalarına böyük həcmdə maliyyə dəstəyi verdiyi bildirilir.

The New York Timesın təhlilinə əsasən, Mask aralıq seçkilər öncəsi Respublikaçılara 474 milyon dollar vəsait ayırıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki