Sərnişinlərin rahat hərəkətini təmin etmək məqsədilə Dərnəgül dəmiryol dayanacağından şəhərin müxtəlif istiqamətlərinə alternativ marşrutlar təklif olunur.
Referans Media xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.
Sərnişinlər Dərnəgül dəmiryol dayanacağından yaxınlıqdakı avtobus dayanacağına keçərək 4 fərqli marşrutdan istifadə edə bilərlər. pizza
Təklif olunan alternativ marşrutlarla sərnişinlər Badamdar qəsəbəsi, Mərkəzi Bank, 20-ci sahə və şəhərin digər istiqamətlərinə səfərlərini davam etdirə bilərlər.
