Moskvanın iki universitetində eyni anda təxliyə elan edilib.
Referans Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazır.
Bildirilir ki, Moskva Texniki Rabitə və İnformatika Universitetinin (MTUCI) və Moskva Dövlət İdman və Turizm Universitetinin (MGUSIT) tələbə və müəllimləri təxliyə olunur.
Xatırladaq ki, ötən gün də Moskvada bəzi universitetlər bomba təhlükəsinə görə boşaldılmışdı.
