II Ramzesin 34 əsrlik sirri Türkiyədə AÇILDI

Türkiyədə 3400 illik sülh müqaviləsinin fraqmenti tapılıb.

Referans Media xəbər verir ki, arxeoloqlar Het dövlətinin qədim paytaxtı Hattuşada (müasir Türkiyə ərazisi) Kadeş sülh müqaviləsinə aid mixi yazılı gil lövhə fraqmenti aşkar ediblər.

Sənəd eradan əvvəl təxminən 1269-cu ildə - Het çarı III Hattusili ilə Misir fironu II Ramzes arasında baş verən müharibədən sonra imzalanıb.

Tarixin bəşəriyyətə məlum olan ən qədim yazılı sülh sazişlərindən biri sayılan bu sənəd tərəflər arasında sülhün bərqərar olunmasını, qarşılıqlı hücum etməmək və fəlakət anında bir-birinə kömək etmək öhdəliyini, eləcə də qaçqınların qaytarılmasını nəzərdə tuturdu.

Aşkar edilən yeni fraqmentdə məhz bir ölkədən digərinə qaçan şəxslərlə bağlı müddəalar yer alıb. Tədqiqatçılar lövhənin digər hissələrini də tapacaqlarına ümid edirlər./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki