Bu gün saat 17:55 radələrində Bakı Metropoliteninin "Dərnəgül" – "Nizami" istiqamətində hərəkət edən qatarı "Memar Əcəmi" stansiyasından "20 Yanvar" stansiyası istiqamətinə gedərkən tuneldə dayanıb.
Referans MEDİA-nın mMəlumatına görə, texniki nasazlıq təxminən 10 dəqiqədir davam edir. Hadisə sərnişinlər arasında narahatlığa və pik saatlarda sıxlığın artmasına səbəb olub.
Qatarların hərəkətində yaranan gecikmə ilə bağlı Bakı Metropolitenindən rəsmi açıqlama gözlənilir.
