Azərbaycanın ev sahibliyi ilə TDT XİN başçılarının mühüm toplantısı keçirildi

Türk Dövlətləri Təşkilatına (TDT) dövrü sədrlik edən Azərbaycanın ev sahibliyi ilə TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısı keçirilib.

Referans Media xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən görüşdə TDT-nin oktyabrın 29-30-da Türkiyədə baş tutacaq 13-cü Zirvə görüşünə hazırlıq prosesi nəzərdən keçirilib.

Toplantıda, həmçinin Türk dünyası ilə bağlı qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki